Bakı. Trend:
Siyəzəndə torpaq sürüşməsi olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, sürüşmə Siyəzən rayonunun Sədan kəndində baş verib.
Nəticədə kənd sakinləri N.Qanbayeva və G.Məlikovanın yaşadıqları fərdi yaşayış evləri yaşayış üçün yararsız vəziyyətə düşüb.
FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən evləri təhlükəli vəziyyətə düşmüş Sədan kənd sakinləri üçün müvəqqəti yaşayış məqsədilə iki ədəd çadır qurularaq vətəndaşlara təhvil verilib.