...

Mayın 5-6-da meteor yağışı olacaq - BDU

Cəmiyyət Materials 5 May 2023 13:14 (UTC +04:00)
Mayın 5-6-da meteor yağışı olacaq - BDU
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 5-6-da “Eta-Akvarid” adlı meteor yağışı olacaq.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Trend-ə verilən məlumata görə, “Eta-Akvarid” orta səviyyədən yuxarı meteor yağışıdır.

İntensiv meteor axını (saatda 50-yə qədər) əsasən Cənub yarımkürəsində müşahidə olunacaq.

Şimal yarımkürəsində isə təxminən saatda 30 meteor müşahidə ediləcək.

“Eta-Akvarid” meteor yağışı Halley kometinin qalıqları tərəfindən əmələ gəlir. Yağış hər il aprelin 19-dan mayın 28-dək davam edir. Bu il mayın 5-i gecə və 6-sı səhər saatlarında pik həddə çatacaq. Meteor axını Dolça bürcündən başlayacaq və səmanın hər yerində görünəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti