...

"Bakı Marafonu 2023"ün azarkeş zonasında bayram ab-havası hökm sürür - tamaşaçı (FOTO)

Cəmiyyət Materials 7 May 2023 11:12 (UTC +04:00)
"Bakı Marafonu 2023"ün azarkeş zonasında bayram ab-havası hökm sürür - tamaşaçı (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

“Bakı Marafonu - 2023”ün azarkeş zonasında bayram ab-havası və xoş əhval-ruhiyyə hökm sürür.

Bunu Trend-ə “Bakı Marafonu - 2023”ün tamaşaçısı, Azərbaycan Dövlət Tibb Universitetinin müəllimi Xatirə Şıxlı deyib.

"Biz Universitetimizin komandasını təmsil edirik və uğurlu finişə ümid edirik. “Bakı Marafonu”nun keçirilməsi təşəbbüsü gözəldir, biz millətin sağlamlığı ilə bağlı bütün tədbirləri dəstəkləyirik. Belə tədbirlər nə qədər tez-tez keçirilsə, bir o qədər yaxşıdır, insanları idmanla məşğul olmağa həvəsləndirir.

Azarkeş zonasında ab-hava gözəldir, insanlar çoxdur, hamı mehribandır, gülərüzdür. Burada hər kəsin məmnuniyyətlə iştirak etdiyi maraqlı yarışlar keçirilir", - deyə o bildirib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 6-ci dəfə Bakı marafonuna start verilib.

“Bakı Marafonu 2023”də 19500 nəfər iştirakçı qeydiyyatdan keçib.

2016-cı ildən təşkil edilən Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

“Küləyə qalib gəl” şüarı altında keçirilən yarımarafon 21 kilometr məsafəni əhatə edir.

Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti