...

"Bakı Marafonu - 2023"də rəqabət yaxşdır - qalib

Cəmiyyət Materials 7 May 2023 12:45 (UTC +04:00)
"Bakı Marafonu - 2023"də rəqabət yaxşdır - qalib
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

"Bakı Marafonu - 2023"də rəqabət yaxşdır.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə "Bakı Marafonu 2023"ün qalibi, ukraynalı atlet Boqdan Simonoviç deyib.

"“Bakı Marafonu 2023”ün marşrutu bir qədər çətindir.

Yarımmarafon “Küləyə qalib gəl” şüarı altında keçirilir və həqiqətən də qalib gəlmək lazım idi. Rəqabət yaxşıdır. Birlikdə qaçdıq və haradasa 11-ci kilometrdə rəqiblərdən uzaqlaşa bildim. Küləyin əsdiyini hiss edib irəli getdim", - deyə o bildirib.

Qalib "Bakı Marafonunda" ilk dəfədir iştirak etdiyini vurğulayıb.

Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə 6-ci dəfə Bakı marafonu keçirilib.

“Bakı Marafonu 2023”də 19500 nəfər iştirakçı qeydiyyatdan keçib.

2016-cı ildən təşkil edilən Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

“Küləyə qalib gəl” şüarı altında keçən yarımarafon 21 kilometr məsafəni əhatə edib.

Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti