Bakı. Trend:
Azərbaycanda pulsuz vəkil ilə təmin etmə halları genişləndirilir.
Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Prosessual Məcəlləyə dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, bu Məcəllə ilə vəkilin prosesdə məcburi
iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin
vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda,
işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə
aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə
iştirakını təmin edir.
Birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə
məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual
hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma
ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət
hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu
işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan,
lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil
qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon
(şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən
şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən
baxılır.
Bu Məcəllənin 67-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda
məhkəmə bu Məcəllənin 67-1.4-cü maddəsində göstərilən şəxslərin,
habelə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti
olmayan işdə iştirak edən digər şəxslərin vəkil tərəfindən
göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və
ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına
həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış
qərardad qəbul edir.
Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu
hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək
üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin
yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət
hesabına vəkilin prosesdə iştirakını təmin edir.
Birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır.
Bu Məcəllənin 67-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda
məhkəmə bu Məcəllənin 67-1.4-cü maddəsində göstərilən şəxslərin,
habelə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti
olmayan işdə iştirak edən digər şəxslərin vəkil tərəfindən
göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və
ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına
həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış
qərardad qəbul edir.
67-1.4. Bu Məcəllənin 67-1.2-ci maddəsində nəzərdə tutulmuş
hallarda məhkəmə iddia tələbinin kifayət qədər əsaslılığına dair
ilkin sübutların mövcudluğunu nəzərə alaraq, aşağıdakı şəxslərin
vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad
edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi
vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə
əsaslandırılmış qərardad qəbul edir:
- orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi
müəyyən edilmiş və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi
müəyyən edilmiş şəxslər;
- insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş
şəxslər;
- valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş
uşaqlar;
- ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
- müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan
şəxslər;
- maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış
minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən
qiymətləndirilən digər şəxslər.
- Məhkəmə bu Məcəllənin 67-1.4-cü maddəsində nəzərdə tutulmuş
şəxslərin müraciətinə əsasən vəkil qurumunun ərizəsinə daxil olduğu
vaxtdan 15 gün müddətində, müraciət müvəqqəti təminat tədbirlərinin
tətbiqi ilə bağlı olduqda isə təxirə salınmadan baxır.
Ərizəyə baxılmasının nəticəsi barədə qərardaddan bu Məcəllə ilə müəyyən edilmiş qaydada şikayət verilə bilər.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.