...

UNEC Tədqiqat Fondu – Azərbaycanın ekspert bazasının inkişafı üçün “Helios” müsabiqəsi!

Cəmiyyət Materials 30 May 2023 12:37 (UTC +04:00)

Bakı. Trend:

UNEC Tədqiqat Fondu bu ilin may ayının 25-dən “Helios” intellektual-analitik müsabiqəsində iştirak üçün qeydiyyat ərizələrinin qəbuluna start verir. Müsabiqənin məqsədi beynəlxalq münasibətlər, beynəlxalq iqtisadiyyat, dünya və regional siyasət sahələri ilə maraqlanan şəxsləri dəstəkləmək və onları istiqamətləndirməkdir.

Müsabiqə seminarlar vasitəsilə aparılacaq. Müsabiqənin gedişatı ərzində keçirilməsi planlaşdırılan seminar və məsləhətləşmələrin təşkili məqsədi ilə müvafiq sahələrdə uzun illər təcrübəsi olan, xüsusi dəvət olunmuş ekspertlər layihəyə cəlb olunacaq.

Müsabiqədə iştirak sizə müasir politologiya və iqtisadiyyatda geniş müzakirə olunan aktual məsələlərin və problemlərin üzə çıxarılmasında yeni təcrübə qazanmaq, analitik materialların hazırlanması və tərtibi sahəsində biliklər əldə etmək imkanı verəcək.

Mükafat fondu 1000 AZN təşkil edir. Qaliblər – 3 ən uğurlu işlərin müəlliflərin hər biri 1000 AZN qazanacaq.

DİQQƏT:

Müsabiqənin qaydalarına əsasən iştirakçılar yalnız Azərbaycan vətəndaşı olmalıdır. Yaş məhdudiyyəti 20 – 35 arası təyin edilib.

Namizədlərə aid tələblər:

1. www.unectf.org/helios saytına daxil olaraq, göstərilən mövzulardan birini və ya ikisini seçərək və 15 iyun 2023-ci il , Bakı vaxtı ilə saat 18:00-a qədər müsabiqə üçün qeydiyyatdan keçərək iştirakınızı təsdiqləmək

2.Müsabiqənin işçi dilləri: Azərbaycan, Rus və yaxud İngilis.

Mövzular

1. Xəzər hövzəsinin enerji ehtiyatları və qlobal və regional aktorların geosiyasi maraqları.

2. Enerji və nəqliyyat sahələrində Azərbaycanın türkdilli dövlətlərlə münasibətlərinin geosiyasi aspektləri.

3. Müasir geosiyasi çağırışlar və Azərbaycanın milli maraqları.

4. Beynəlxalq arenada Azərbaycanın “yumşaq güc” (soft power) potensialı.

5. Ermənistan – Azərbaycan münaqişəsi və Cənubi Qafqazın təhlükəsizliyinə mümkün təsirləri.

6. Cənubi Qafqazda münaqişələr və böyük dövlətlərin maraqlarının səbəbləri.

7. Cənubi Qafqazın təhlükəsizlik problemləri: risklər və perspektivlər.

8. Müasir diplomatiyada media təsir aləti kimi.

9. Azərbaycan – Türkiyə strateji əməkdaşlığı Cənubi Qafqazda stabilləşdirici amil kimi.

10. Qlobal ekoloji siyasət və istehlakın yeni standartları (Davos Forumu kontekstində).

11. 3+3 əməkdaşlıq platformasının perspektivi və Cənubi Qafqaz regionunda mümkün geosiyasi təsirləri.

Əlaqə: Elçin Sərdarov

E-mail: [email protected]

Tel. (050) 8295558

Xəbər lenti

Xəbər lenti