...

Bəzi çaylarda suyun səviyyəsi artıb

Cəmiyyət Materials 2 İyun 2023 09:21 (UTC +04:00)
Bəzi çaylarda suyun səviyyəsi artıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Gecə saatlarında yağan yağışların nəticəsində respublikanın bəzi çaylarında sululuğun artımı müşahidə olunub.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, Masallı rayonunun ərazisindən axan Viləşçayda suyun səviyyəsi 3 sm, Tovuz rayonu ərazisindən axan Zəyəmçayda 2sm, Göygöl rayonu ərazisindən axan Gəncəçayda isə 2 sm artım müşahidə olub.

“Gecə saatlarında yağan yağışlar nəticəsində Türyançay və Göyçay çaylarında suyun səviyyəsinin kəskin artması nəticəsində Zərdab rayonu ərazisindən axan Qarasuçayda suyun səviyyəsi 35 sm artıb və bunun nəticəsində Kür çayının Zərdab məntəqəsində də suyun səviyyəsində 71 sm artım müşahidə olunub. Yaxın günlər ərzində Kür çayının aşağı axınında suyun səviyyəsinin artımı gözlənilir”, - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti