Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasında ən müasir texnologiyaların tətbiqi telekommunikasiya və poçt xidmətlərinin çeşidini və keyfiyyətini artıracaq, internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, təhlükəsizliyin, dayanıqlığın və xidmətlərin fasiləsizliyinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında fiber-optik magistral şəbəkə Türkiyə ilə əlaqələndirilməklə yenilənəcək, əhalinin keyfiyyətli internet xidmətlərinə çıxışı asanlaşacaq, həmçinin mobil rabitənin inkişafı ilə bağlı tədbirlər həyata keçiriləcəkdir
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub.