Bakı. Trend:
Abşeronda dəhşətli intihar olub.
Trend xəbər verir ki, 1960-cı il təvəllüdlü Rəhman Quliyev Mehdiabad qəsəbəsində yerləşən 1 saylı binanın dördüncü mərtəbəsində yerləşən mənzildən özünü ataraq dünyasını dəyişib.
Məlum olub ki, Rəhman Quliyev həmin mənzili almaq istəyib. O ev sahibi Mirabbas Sadıqovla görüşərək həmin mənzilə gəlib. Ev sahibi ilə bir qədər söhbət etdikdən sonra pəncərədən özünü ataraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.