...

“Baktelecom” 1 Gbit/s internet sürət testlərini uğurla başa çatdırıb

Cəmiyyət Materials 6 İyun 2023 10:11 (UTC +04:00)
“Baktelecom” 1 Gbit/s internet sürət testlərini uğurla başa çatdırıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Uğurlu testlər nəticəsində “Bakı Telefon Rabitəsi” MMC Azərbaycanda ilk dəfə olaraq 1 Gbit/s sürət həddini əldə etməyə nail olub.

Bu barədə Trend-ə “Bakı Telefon Rabitəsi” MMCdən məlumat verilib.

Ölkəmizdə əhalinin yüksəksürətli internetə çıxışının təmin edilməsi məqsədilə “Baktelecom” dünyanın qabaqcıl texnologiya şirkətləri ilə əməkdaşlıqda müxtəlif infrastruktur layihələri həyata keçirir.

Belə ki, “Baktelecom” GPON texnologiyası əsasında 1 Gbit/s sürətli internetin təmin edilməsi istiqamətində “Nokia” ilə birgə apardığı işləri yekunlaşdırmaq üzrədir. Hazırda texniki infrastruktur yaradılıb və layihənin tətbiqi üçün müxtəlif model mobil cihaz və noutbuklarda müvafiq testlər aparılıb. Müxtəlif tezliklər və kanal genişliyində edilən testlər uğurla nəticələnib.

Növbəti mərhələdə yeni sürət üzərindən tariflərin formalaşdırılması və bazara təqdim edilməsi planlaşdırılır. Bu, “Baktelecom” müştərilərinə hazırda bazarda mövcud olan ən sürətli internetdən 10 dəfəyə qədər artıq sürət əldə etmək imkanı verəcək. Bundan əlavə, istifadəçilər cihazların istismarı zamanı sərf edilən enerjiyə 40%-ə qədər qənaət edə biləcəklər.

Passiv Optik Şəbəkənin (PON) yeni standartı olan XGS-PON-un (10 giqabitlik simmetrik passiv optik şəbəkə) tətbiqi ilə istehlakçı genişzolaqlı şəbəkə üzərindən 4K təsvir ölçüsündə video, şəbəkə oyunları, VR (virtual reallıq) və digər irihəcmli məlumatların sürətli transferini tələb edən xidmətlərdən faydalana biləcək.

Qeyd etmək lazımdır ki, 1 Gbit/s sürətində internetin istifadəsi yalnız bu sürəti dəstəkləyən mobil və ya kompüter cihazlarında və “Baktelecom” tərəfindən təqdim edilən xüsusi modem üzərindən mümkündür.

Böyük sahələrə gəldikdə isə əlavə sürət paylaşıcılarından istifadə edilərək 1 Gbit/s sürətinin effektiv və kəsintisiz təmin edilməsi mümkündür.

İstifadəçilər ətraflı məlumat üçün “155” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti