...

İcra başçısının sabiq müavini həbs edildi (FOTO)

Cəmiyyət Materials 6 İyun 2023 15:11 (UTC +04:00)
İcra başçısının sabiq müavini həbs edildi (FOTO)

Bakı. Trend:

Sərxoş vəziyyətdə avtomobil idarət etdiyi aşkar edilən, bu azmış kimi polisə tabe olmayan Xalid Rəhimov barəsində həbs qətimkan tədbiri seçilib.

Trend-in əldə etdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 221 və 315-ci (xuliqanlıq və hakimiyyət nümayəndəsinə qarşı müqavimət) maddələri ilə cinayət işi açılıb. Məhkəmənin qərarı ilə X.Rəhimov barəsində istintaq müddəti üçün 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Xalid Rəhimov 2021-ci ilədək Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti