...

Hərbi vəzifəlilərlə təlim toplanışı davam edir (FOTO)

Cəmiyyət Materials 6 İyun 2023 18:51 (UTC +04:00)
Hərbi vəzifəlilərlə təlim toplanışı davam edir (FOTO)

Bakı. Trend:

2023-cü il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində ehtiyatda olan hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı davam edir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, plana uyğun olaraq, hərbi vəzifəlilərlə sıra hazırlığı, rabitə hazırlığı məşğələləri keçirilir, onlara silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları öyrədilir, eləcə də ilkin tibbi yardım göstərilərək yaralıların təxliyə edilməsi üsulları məşq etdirilir.

Qeyd edək ki, təlim toplanışının keçirilməsində əsas diqqət ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsinə, bilik və bacarıqlarının artırılmasına yönəldilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti