...

Qadın minatəmizləyənlər minalanmış ərazilərin təmizlənməsində fəal iştirak edəcək - Hafiz Səfixanov

Cəmiyyət Materials 23 İyun 2023 09:40 (UTC +04:00)
Qadın minatəmizləyənlər minalanmış ərazilərin təmizlənməsində fəal iştirak edəcək - Hafiz Səfixanov
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qadınlardan ibarət minatəmizləmə qrupları ölkəmizin minalanmış ərazilərinin təmizlənməsində fəal iştirak edəcək.

Bunu Trend-ə açıqlamasında Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

Onun sözlərinə görə, bu təmizləmənin öz beynəlxalq standartları var.

"Qadınların minatəmizləməyə cəl edilməsi son illər dünyada bir trend halını alıb. Ümumiyyətlə minatəmizləmədə gender bərabərliyinin qorunması dünyada başlayıb. Dünyanın bir çox ölkələrində qadınlardan ibarət minatəmizləmə qrupları vardır ki, onlar yüksək peşəkarlıqla fəaliyyət göstərirlər. İnanıram ki, bizdəki qadınlardan ibarət minatəmizləmə komandası da kifayət qədər peşəkar biliyə və təcrübəyə malik olacaq və ölkəmizin minalanmış ərazilərinin təmizlənməsində fəal iştirak edəcək."

H.Səfixanovun sözlərinə görə, bundan başqa minatəmizləyən maşınların alınması və itlərin sayının artırılması nəzərdə tutulub.

"Beynəlxalq təşkilatların Azərbaycanın mina probleminə yanaşmasında dəyişiklik yoxdur. Belə ki, təşklatların köməyi kifayət deyil. Ötən həftə Cenevrədə keçirilən tədbirdə Azərbaycanın mina probleminin və bu problemlə mübarizədə gördüyü işlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Beynəlxalq təşkilatlar kömək etməlidir ki, mina problemi tez həll olunsun", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti