...

İlqar Rəhimov vəzifəsindən istefa verdi

Cəmiyyət Materials 23 İyun 2023 16:10 (UTC +04:00)
İlqar Rəhimov vəzifəsindən istefa verdi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İlqar Rəhimov Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti vəzifəsindən istefa verib.

Trend-in məlumatına görə, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov istefası ilə bağlı ictimaiyyətə məlumat verib.

“İyunun 30-da Portuqaliyada IBSA-nın (Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının) növbədənkənar Baş Assambleyası keçiriləcək. Assambleyada yeni İdarə Heyəti seçiləcək. Mən IBSA-nın prezidentliyinə namizədliyimi irəli sürmüşəm və seçildiyim təqdirdə fəaliyyətimi bu dünya təşkilatında islahatlara və dəyişikliklərə həsr etmək istəyirəm”, - deyə o əlavə edib.

İlqar Rəhimov ona bu illər ərzində göstərilən etimada görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib, IBSA-nın rəhbərliyində Azərbaycanı layiqincə təmsil edəcəyinə söz verib.

İyulun 7-də Azərbaycan Milli Paralimpiya Komitəsinin növbədənkənar hesabat-seçki konfransı çağırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti