...

Gömrük Akademiyasında “Məzun günü” olub (FOTO)

Cəmiyyət Materials 6 İyul 2023 20:22 (UTC +04:00)

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin Akademiyası 2022/2023-cü tədris ili üzrə “Məzun günü” keçirib.

Trend xəbər verir ki, Tədbir ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi, gömrük sisteminin qurulması və inkişafı məqsədilə müəyyənləşdirilən strateji hədəflər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə reallaşdırdığı düşünülmüş, məqsədyönlü siyasət gömrük orqanlarının ölkəmizin milli və iqtisadi təhlükəsizliyinin qorunmasında əhəmiyyətli rola malik olan mühüm dövlət təsisatlarından biri kimi formalaşmasına şərait yaratdı. O da qeyd olundu ki, 2014-cü ildən fəaliyyətə başlayan Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları qısa zaman kəsiyində fəaliyyət göstərdikləri sahələr üzrə müasir bilik və bacarıqlara yiyələnərək ölkəmizlə yanaşı, xaricdə də Azərbaycanı uğurla təmsil edirlər.

Tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov çıxış edərək bu əlamətdar gün münasibətilə məzunları təbrik edib, onların təhsil aldıqları dövrün əsasən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Vətən müharibəsində qazandığı şanlı Qələbədən sonrakı şərəfli və tarixi bir zamana təsadüf etdiyini diqqətə çatdırıb. Akademiyanın fəaliyyətindən söz açan Q. Novruzov keyfiyyətli tədris prosesi sayəsində yüksəkixtisaslı peşəkar kadrların yetişdirilməsi istiqamətində dəstəyini daim göstərən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı cənab Şahin Bağırov başda olmaqla, Akademiyanın professor-müəllim heyətinə, əməkdaşlarına və bu şərəfli missiyanın yerinə yetirilməsində önəmli pay sahibi olan məzunların valideynlərinə öz təşəkkürünü bildirib. O, məzun adını qazanmış bütün tələbələri bir daha ürəkdən təbrik edərək onların hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Elm və Təhsil nazirinin müavini İdris İsayev, BP şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ölkəmizdə təhsilə göstərilən hərtərəfli dövlət qayğısından bəhs edib, Dövlət Gömrük Komitəsinin Akademiyasında yaradılan şəraitin, əldə olunan nəticələrin də bunun bariz nümunəsi olduğunu vurğulayıblar.

Tədbirdə çıxış edən müəllimlər, valideynlər və məzunlar Gömrük Akademiyasında müasir təhsil metodları əsasında hərtərəfli biliklərə yiyələnən mütəxəssislərin hazırlandığını, bu təhsil ocağının ölkəmizin təhsil sisteminə mühüm töhfələr verdiyini bildiriblər.

Daha sonra Akademiyanı bitirən tələbələrə məzun vərəqələri verilib.

Qeyd edək ki, 2022/2023-ci tədris ili üzrə Akademiyanı bakalavriat səviyyəsi üzrə 100, magistratura üzrə 8 nəfər bitirib.

Sonda məzunların hazılrladığı musiqili kompozisiya nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti