Bakı. Trend:
Sosial mediada Lənkərandakı Dairəvi qalanın damının şiferlə örtülməsinin fotoları yayılıb.
Trend xəbər verir ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, bir neçə il öncə Lənkəran şəhərində yerləşən Dairəvi qalanın (Zindan qala) dam örtüyünün çökməsi nəticəsində abidə qəzalı vəziyyətə düşüb.
Məlumatda qeyd olunur ki, Hazırda daxili imkanlar hesabına qalanın ətrafında və içərisində təmizlik, abadlıq işləri görülür, qalanın mühafizəsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Həmçinin aparılacaq bərpa işlərinin başlanılmasına qədər tarixi tikilinin təbii təsirlərdən, yağıntılardan qorunması məqsədilə qalanın damı müvəqqəti örtüklə əvəz olunub.