...

GoldenPay ASC Yüksək Texnologiyalar Parkının rezidenti oldu

Cəmiyyət Materials 14 İyul 2023 16:16 (UTC +04:00)
GoldenPay ASC Yüksək Texnologiyalar Parkının rezidenti oldu

Bakı. Trend:

Azərbaycanın onlayn ödəmələr bazarında ilk və ən böyük şirkəti GoldenPay, sistem inteqrasiyası və inkişafı sahəsində fəaliyyəti üzrə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində Yüksək Texnologiyalar Parkının rezidentlik qeydiyyatına alındığını elan etdi.

Trend xəbər verir ki, 16 ildir istifadəçilərinə yüksək keyfiyyətli, sürətli və təhlükəsiz, ən son texnoloji yeniliklərə uyğun xidmət göstərən GoldenPay şirkəti, bugün də mövcud olduğu bazarda rəqabət üstünlüyünu qoruyub saxlamağı bacarmışdır.

Fəaliyyətə başladığı ilk gündən şirkətin başlıca məqsədi insanların ödəmə vərdişlərini dəyişdirərək vaxta qənaət etmələrinə kömək etməkdir. Bu səbəbdən də 2011-ci ilin aprel ayında şirkət Hesab.az onlayn ödəmə portalını yaratdı. Platforma vasitəsilə kommunal, stasionar və mobil rabitə, internet, bank və mağaza kreditləri, parkinq ödənişləri etmək, onlayn sığorta alışı, kinoteatr biletləri və s. əldə etmək mümkündür.

GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti haqqında daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın Facebook, İnstagram səhifələrindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti