...

MİQ üzrə vakansiya seçimi yekunlaşır

Cəmiyyət Materials 25 İyul 2023 07:41 (UTC +04:00)
MİQ üzrə vakansiya seçimi yekunlaşır
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailələrinin üzvlərinin vakansiya seçimi mərhələsi yekunlaşır.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən Trend-ə bildirilib ki, namizədlər 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.

Vakansiya seçimi zamanı diqqətli olmaq tövsiyə edilir. Seçimi yekunlaşdırdıqdan sonra isə təsdiqləmək lazımdır.

Xatırladaq ki, iyulun 11-dən 15-dək keçirilən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsində 47 min 586 namizəd iştirak edib.

Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.

Son iki il ərzində müəllimlərin işə qəbulu imtahanı vasitəsilə müddətsiz müqavilə əsasında 7 min 724, müddətli əsaslarla isə 11 min 854 nəfər işə qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti