...

Birdəfəlik ödəniş alan Birinci Qarabağ müharibəsi veteranlarının sayı açıqlanıb

Cəmiyyət Materials 27 İyul 2023 11:35 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Birinci Qarabağ müharibəsində yaralanan 17234 nəfərə birdəfəlik ödəniş təyin edilib.

Trend-in məlumatına görə, bunu bu gün Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2023-cü ilin 1-ci yarımilliyinin hesabatına dair keçirilən mətbuat konfransı zamanı deyib.

“Bu sahədə 109,9 milyon manat vəsait xərclənib”,- deyə o bildirib.

Qeyd edək ki, Nazirlər Kabinetinin yeni təsdiq etdiyi Qaydaya uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb.

Proqram “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuları və daxili işlər orqanları əməkdaşlarını, onlardan vəfat edənlərin vərəsələrini əhatə edir.

Qeyd edək ki, birdəfəlik ödəmənin məbləği təşkil edir:

  • I dərəcə əlilliyə görə - 8 800 manat
  • II dərəcə əlilliyə görə - 6 600 manat
  • III dərəcə əlilliyə görə - 4 400 manat
Məqalədə:
Xəbər lenti

Xəbər lenti