...

Tovuzda iki maşın toqquşdu - Yaralılar var (FOTO)

Cəmiyyət Materials 3 Avqust 2023 20:43 (UTC +04:00)
Tovuzda iki maşın toqquşdu - Yaralılar var (FOTO)

Bakı. Trend:

Tovuzda iki "Mercedes" markalı avtomobil toqquşub.

Trend xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Hadisə yerinə FHN-nin xilasediciləri, yanğınsöndürən maşınları və təcili tibbi yardım briqadası cəlb olunub.

Nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb. Bunlar Tovuz şəhər sakini 27 yaşlı Elməddin Mirzəyev, rayonun Bozalqanlı kənd sakinləri 19 yaşlı Gülay və 23 yaşlı Günay Tofiq qızı Qasımova bacılarıdır. Onlar dərhal mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə zamanı avtomobildə bir yaşlı körpə uşaq olsa da, xoşbəxtlikdən heç bir xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti