...

Bakıda Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyası keçirilir (FOTO), (YENİLƏNİB)

Cəmiyyət Materials 7 Avqust 2023 18:15 (UTC +04:00)
Bakıda Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyası keçirilir (FOTO), (YENİLƏNİB)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan gənclər siyasətinə böyük önəm verir.

Trend-in məlumatına görə, bunu Gənclər və İdman naziri Fərid Qayıbov Bakıda Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyasının açılış mərasimində çıxışı zaman deyib.

Nazir bildirib ki, Azərbaycanda çoxlu sayda gənclər təşkilatı fəaliyyət göstərir.

“Biz gənclərlə işləməyə böyük önəm veririk, çünki gənclər bizim gələcəyimizdir. Azərbaycanda bu tədbirin keçirilməsi sevindirici haldır. Azərbaycan gənclər sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verir. Hər birinizi burada görməkdən şadıq və inanırıq ki, tədbir çox faydalı geçəcək və siz hər biriniz ölkənizə böyük təəssüratlarla qayıdacaqsınız”, - deyə o, əlavə edib.

Qeyd edək k, Gənclər və İdman Nazirliyinin dəstəyi və tərəfdaşlığı ilə keçirilən tədbir avqustun 12-dək davam edəcək. Tədbirdə gənclərin təhsil imkanlarının genişləndirilməsi müzakirə ediləcək. Avropa Parlamentinin simulyasiyası əsasında keçiriləcək tədbirdə 12 fərqli mövzu üzrə komitə iclasları Assambleyanın sessiyası təşkil olunacaq. Bundan başqa, plenar dinləmələr və debatlar keçiriləcək. Səsvermə ilə qəbul olunacaq qətnamələr Avropa Parlamenti gənclərin təşəbbüsü adından təqdim olunacaq.
Beynəlxalq tədbirdə iştirak edəcək gənclərdə mədəniyyətlərarası dialoqun gücləndirilməsi məqsədilə "Avropa şəhərciyi və "Avrokonsert" tədbirləri, Azərbaycanın zəngin tarixi-mədəni irsinin əcnəbi iştirakçılara yaxından tanıtdırılması üçün isə əyləncəli proqramlar, turlar və muzeylərə ekskursiyalar təşkil ediləcək.
Qeyd edək ki, Avropa Gənclər Parlamenti Avropanın ən böyük gənclər platformalarından biridir, 40 ölkədə fəaliyyət göstərən üzv təşkilatları, 6 minə yaxın könüllüsü var.

xxx

17:26

Bakıda Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyası keçirilir.

Trend-in məlumatına görə, Gülüstan sarayında açılış mərasimi keçirilib.

Tədbirin əvvəlində Azərbaycanın dövlət himni səsləndirilib, mədəni proqram təqdim edilib.

Gənclər və İdman Nazirliyinin dəstəyi və tərəfdaşlığı ilə keçirilən tədbir avqustun 12-dək davam edəcək.

Tədbirdə gənclərin təhsil imkanlarının genişləndirilməsi müzakirə ediləcək. Avropa Parlamentinin simulyasiyası əsasında keçiriləcək tədbirdə 12 fərqli mövzu üzrə komitə iclasları Assambleyanın sessiyası təşkil olunacaq. Bundan başqa, plenar dinləmələr və debatlar keçiriləcək. Səsvermə ilə qəbul olunacaq qətnamələr Avropa Parlamenti gənclərin təşəbbüsü adından təqdim olunacaq.

Beynəlxalq tədbirdə iştirak edəcək gənclərdə mədəniyyətlərarası dialoqun gücləndirilməsi məqsədilə "Avropa şəhərciyi və "Avrokonsert" tədbirləri, Azərbaycanın zəngin tarixi-mədəni irsinin əcnəbi iştirakçılara yaxından tanıtdırılması üçün isə əyləncəli proqramlar, turlar və muzeylərə ekskursiyalar təşkil ediləcək.

Qeyd edək ki, Avropa Gənclər Parlamenti Avropanın ən böyük gənclər platformalarından biridir, 40 ölkədə fəaliyyət göstərən üzv təşkilatları, 6 minə yaxın könüllüsü var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti