Bakı. Trend:
Azərbaycanda avqustun 7-dən 13-dək yeni növ koronavirus (COVID-19) əleyhinə 83 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, həftə ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20, üç və daha çox doza vaksin vurduranların sayı 32, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 5 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 968 691, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 123, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 271, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 925, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 372 təşkil edir.