Bakı. Trend:
Zaqatalada zəhərlənmə faktı qeydə alınıb.
Trend xəbər verir ki, şəhərin S. Kazımov küçəsində yaşayan 2001-ci il təvəllüdlü Aygül Nadir qızı Hüseynova zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.
Müayinə zamanı məlum olub ki, A. Hüseynova dərmandan zəhərlənib. İlkin tibbi yardımdan sonra vəziyyəti sabitləşdiyi üçün ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.