Bakı.Trend:
Mən Daşaltı əməliyyatının iştirakçısı olaraq orada itkin düşən döyüş yoldaşlarımın tapılmasına həm sevinirəm, həm də kədərlənirəm.
Bunu Trend-ə açıqlamasında şəhid Nofəl Qurbanovun döyüş yoldaşı Mübariz Səadətov deyib.
"31 il idi ki, gözlərimiz yolda idi. Kədərlənirəm ona görə ki, o şəhid oldu. Sevinirəm ki, heç olmasa, nəşi tapılıb. Nofəlin ruhu indi şaddır. Arzu edirəm ki, o biri döyüş yoldaşlarımdan da tezliklə xəbər olsun.
Mən buna inanıram. Daşaltı azad olunduğu gün mənəvi olaraq rahatlaşdım ki, orada döyüşərək şəhid olanların ruhu şaddır”, - deyə qeyd edib.