...

31 ildən sonra doğma yurdumuza qayıdırıq, çox sevincli bir gündür - Laçın sakini

Cəmiyyət Materials 29 Avqust 2023 09:18 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

31 ildən sonra doğma yurdumuz Laçına qayıdırıq, çox sevincli bir gündür.

Bunu Trend-ə bu gün Laçın şəhərinə geri qayıdan Bəsti Hacıyeva deyib.

O qeyd edib ki, Laçından çıxanda 28 yaşı olub.

“İndi 60 yaşıma az qalıb. Allah Prezidentimiz İlham Əliyevə, qazilərimizə can sağlığı versin, şəhidlərimizə rəhmət etsin. Onların sayəsində biz doğma torpaqlarımıza qayıdırıq.

Laçına çatan kimi öz ata evimə gedəcəyəm, yaxınlarımın məzarını ziyarət edəcəyəm”, - deyə qadın əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Avqustun 29-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 13 ailə - 52 nəfər köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti