...

14 Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı

Cəmiyyət Materials 30 Avqust 2023 17:17 (UTC +04:00)
14 Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı

Bakı. Trend:

14 Azərbaycan vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib.

Trend xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Bildirilib ki, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının yerli cəmiyyətə reinteqrasiyası və üzləşə biləcəkləri mümkün çətinliklərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti