...

Azad edilmiş ərazilərdə son bir ayda daha 1 992 mina aşkarlanıb

Cəmiyyət Materials 1 Sentyabr 2023 14:44 (UTC +04:00)
Azad edilmiş ərazilərdə son bir ayda daha 1 992 mina aşkarlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə avqust ayında aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, avqustun 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 972, tank əleyhinə 1 020 mina və 1 121 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

5 264,14 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Xatırladaq ki, avqustun 21-dən 27-dək-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 256, tank əleyhinə 92 mina və 71 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

528,1 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti