...

Bu gündən ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi başlayır

Cəmiyyət Materials 4 Sentyabr 2023 10:17 (UTC +04:00)
Bu gündən ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi başlayır

Bakı. Trend:

Bu gündən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq.

Trend xəbər verir ki, proses sentyabrın 9-dək davam edəcək.

Qeyd edək ki, builki qəbulun nəticələrinə əsasən, 51 941 nəfər (o cümlədən, 6592 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 24 594 (o cümlədən, 1389 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 27 347 (o cümlədən 5203 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Ali təhsil müəssisələrinin qəbul planı 93.94% dolub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti