...

Bakıda 2 nəfər döyülərək bıçaqlanıb

Cəmiyyət Materials 5 Sentyabr 2023 05:45 (UTC +04:00)
Bakıda 2 nəfər döyülərək bıçaqlanıb
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Suraxanı rayonunda kütləvi dava baş verib.

Trend-in xəbərinə görə, hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb.

2001-ci il təvəllüdlü İsmayılov Namiq Mürvət oğlu və tanışı Vüsal adlı şəxs Binə qəsəbəsindən Qaraçuxur qəsəbəsindəki gölün kənarına aparılıb. N.İsmayılovun yaxınları bildirib ki, onu 7 nəfər döyüb. Yaralı xəstəxanaya gətirilib. Ona qapalı kəllə-beyin travması və kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 3-cü o cümlədən Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır. N.İsmayılovun yaxınlarından və onun özündən ilkin izahat alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti