...

2026-ci ilə qədər 135 min təhsilverən sertifikatlaşdırmaya cəlb olunacaq

Cəmiyyət Materials 6 Sentyabr 2023 16:18 (UTC +04:00)
2026-ci ilə qədər 135 min təhsilverən sertifikatlaşdırmaya cəlb olunacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2026-ci ilə qədər 135 min təhsilverən sertifikatlaşdırmaya cəlb olunacaq.

Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirilən brifinq zamanı deyib.

Nazir qeyd edib ki, 674 nəfərin təkrar imtahanda iştirakı gözlənilir.

“İbtidai sinif müəllimlərindən 606 nəfər sertifikatlaşdırmada aşağı bal toplayıb”,- deyə nazir bildirib.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin media üçün brifinq keçirir. Brifinqdə elm və təhsil naziri Emin Əmrullayev çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti