...

Naxçıvan DSMF-yə yeni kadr təyinatı olub

Cəmiyyət Materials 8 Sentyabr 2023 15:05 (UTC +04:00)
Naxçıvan DSMF-yə yeni kadr təyinatı olub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinə yeni kadr təyinatı olub.

Trend xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilovun imzaladığı müvafiq əmrə əsasən, Abdinov Nuhi Abbasəli oğlu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində bir sıra kadr dəyişiklikləri olub.

Aparatın ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmmədov Qasım Məmmədhəsən oğlu və icra hakimiyyətinin hüquq şöbəsinin müdiri İmanov Emin Əli oğlu işdən azad olunublar.

Eyni zamanda, Naxçıvan şəhər icra başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abdullayev Səftər Hüseyn oğlu və Əliabad qəsəbə sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əliyev Elnur Məmmədəli oğlu işdən çıxarılıblar. Digər əmrlə onların yerinə müvafiq olaraq Kərimov Suliddin İsa oğlu və Hüseynov Vüqar Qulamhüseyn oğlu təyin ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti