Bakı. Trend:
Startap qurmaq istəyi olan 20 komanda qeydiyyatdan keçib.
“Azercell Telekom” MMC-nin ADA Universitetinin Fondu (Azərbaycan) və ADA Universitetilə əməkdaşlıq çərçivəsində başlatdığı “İdeya İnkubasiyası Proqramı”nın seçim mərhələsi bitib. Proqram sayəsində innovativ ideyalarını inkişaf etdirərək növbəti səviyyəyə qaldırmaq, startap qurmaq istəyən 20 komanda qeydiyyatdan keçib.
Proqram çərçivəsində ADA Universitetində keçirilən mentorluq
sessiyalarında tələbələr yerli və xarici mütəxəssislərin
seminarlarında iştirak edərər peşəkar mentorlarların bəziləri ilə
seçilmiş mövzular üzərində işə başlayıblar. Mentor qismində
Azercell-in Məhsul İdarəetmə şöbəsinin rəhbəri Nərgiz Tağızadə,
Rəqəmsal Həllər və Partnyorluq şöbəsinin rəhbəri Svetlana
Ağalarova, Dataların Modelləşdirilməsi şöbəsinin rəhbəri Zaur
Hüseynov, ADA Universitetinin İnformasiya Texnologiyaları və
Mühəndislik Fakültəsinin müəllimi Nürəddin Sədili iştirak edirlər.
Sessiyalar “Biznesin diversifikasiyalaşdırılması strategiyası:
Azercell-in yeni “Fintech” biznes istiqaməti”, “Təhsil və idman
sahəsində texnoloji həllər”, “Müştəri itkisinin aşkarlanması”,
“Startap təfəkkürünün formalaşdırlması”, “İT Layihə idarəetməsi”,
“MVP hazırlanması”, “Uğurlu startup təqdimatların hazırlanması”
kimi mövzuları əhatə edəcək. Komandaların xüsusi mentorlarla təmin
olunması onların təcrübələrini xeyli gücləndirəcək və ideyalarını
real məhsullara, hətta müəssisələrə çevirmək şanslarını
artıracaq.
Proqramın sonunda qalib komandalar pul mükafatı qazanacaq, Azercell
şirkətində təcrübə proqramı keçmək fürsəti əldə edəcəklər.
Azercell ölkənin startap ekosisteminin inkişafı istiqamətində gənc istedadları dəstəkləyir, onlara sahibkar kimi uğur qazanmaq üçün geniş imkanlar təklif edir. Bu məqsədlə şirkət İnformasiya Texnologiyaları üzrə startapçıların yetişdirilməsində səylə çalışan ADA Universiteti ilə əməkdaşlığını davam etdirir.
Layihəyə seçilən komanda üzvlərinin müsahibəsini aşağıdakı keçid vasitəsilə izləmək mümkündür:
https://shorturl.at/nopO7