...

İsmayıllı-Lahıc yolunda hərəkət bərpa edildi

Cəmiyyət Materials 11 Sentyabr 2023 11:02 (UTC +04:00)
İsmayıllı-Lahıc yolunda hərəkət bərpa edildi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İntensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc avtomobil yolunun (17.2 km) hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənərək, avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildirilib ki, hadisə baş verən andan etibarən dərhal əraziyə agentliyin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Sözügedən yol nəzarətdə saxlanılır və qeyd edilən hissədə qaya parçalarının təmizlənməsi işləri davam etdirilir.

Qeyd edək ki, sentyabrın 8-də gecə və səhər saatlarında intensiv yağıntılar nəticəsində yaranan sel suları İsmayıllı-Lahıc avtomobil yolunun (15.8, 17.2 və 18.6 km-lik hissələrdə) hərəkət hissəsinə özü ilə bərabər lil və qaya parçaları gətirərək, avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində problemlər yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti