Bakı. Trend:
Çinin "Air China" aviaşirkəti Avropanın "Airbus" aerokosmik şirkətindən ümumi dəyəri təxminən 9,5 milyard dollar olan 60 ədəd "A320neo" təyyarəsinin alınması ilə bağlı müqavilə imzaladığını açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə "Air China" şirkətindən məlumat veriblər.
Məlumata əsasən, təyyarələrin 2028-2032-ci illər arasında təhvil verilməsi gözlənilir.
Qeyd edək ki, bundan əvvəl "China Aircraft Leasing" şirkəti onun bölməsi sayılan CALC şirkəti (Britaniya Virgin Adaları) "Airbus"dan 30 ədəd A320neo təyyarəsi almağa razılıq verdiyini açıqladı.