...

"Fənərbaxça" "Milan"la danışıqlara başlayıb

İdman Materials 30 Dekabr 2025 18:47 (UTC +04:00)
"Fənərbaxça" "Milan"la danışıqlara başlayıb

Bakı. Trend:

“Milan”ın hücumçusu Kristofer Nkunku karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, “Fənərbaxça” fransalı forvardın transferi ilə bağlı artıq “rossoneri” ilə rəsmi danışıqlara başlayıb.

İtaliya klubu futbolçunun satışından 35 milyon avro qazanmağı planlaşdırır və qiyməti aşağı salmaq niyyətində deyil. İstanbul nəhəngi maliyyə tələblərinin yumşaldılmasına nail olmağa çalışsa da, “Milan” bu məsələdə sərt mövqe tutur.

Razılaşma uğurla başa çatacağı təqdirdə, “Fənərbaxça”nın baş məşqçisi Domeniko Tedesko Nkunkunu mərkəz hücumçusu mövqeyində və ya əsas forvardın arxasında istifadə etməyi planlaşdırır. Mütəxəssis 28 yaşlı futbolçunun imkanları "Leypsiq"də birgə çalışdıqları dövrdən yaxşı tanışdır.

Qeyd edək ki, Nkunku 2025-ci ilin yayında 37 milyon avro qarşılığında “Çelsi”dən “Milan”a keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti