...

MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək

Dünya xəbərləri Materials 30 Dekabr 2025 22:13 (UTC +04:00)
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək

Bakı. Trend:

MDB Dövlət Başçıları Şurası 2026-cı il oktyabrın 9-da Xəzər dənizi sahilində yerləşən Türkmənbaşı şəhərində keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Rusiyanın Federasiya Şurasının sədri Valentina Matviyenko ilə telefon danışığı zamanı bildirib.

Məlumata əsasən, Q.Berdiməhəmmədov qeyd edib ki, sammit Türkmənbaşı şəhərində yerləşən Avaza Milli Turizm Zonasında keçiriləcək və burada böyük beynəlxalq forumlara ev sahibliyi etmək üçün bütün lazımi şərait yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti