...

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus PUA Venesuela yaxınlığında yeni uçuş həyata keçirib

Dünya xəbərləri Materials 30 Dekabr 2025 23:45 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "MQ-4C Triton" strateji elektron kəşfiyyat pilotsuz uçuş aparatı Venesuela yaxınlığında Karib dənizindəki beynəlxalq sular üzərində daha bir uzunmüddətli uçuş həyata keçirib.

Trend-in məlumatına görə, bu barədə "Flightradar24" resursu məlumat verib.

Məlumata əsasən, Florida ştatının Ceksonvill şəhərindəki Meyport Hərbi Hava Qüvvələri Bazasından havaya qalxan ağır tonnajlı, yüksək hündürlükdə uçan pilotsuz uçuş aparatı Venesuelanın şimal-qərb sahillərindən təxminən 160 km, paytaxt Karakasdan isə 230 km məsafədə uçurub.

Bu, dekabr ayında Venesuela yaxınlığındakı dəniz əraziləri üzərində qeydə alınan ən azı dördüncü belə dron görüntüsüdür.

Xəbər lenti

Xəbər lenti