...

BƏƏ Yəməndəki antiterror əməliyyatlarını dayandırır

Dünya xəbərləri Materials 30 Dekabr 2025 22:44 (UTC +04:00)
BƏƏ Yəməndəki antiterror əməliyyatlarını dayandırır

Bakı. Trend:

BƏƏ Müdafiə Nazirliyi Yəməndə antiterror missiyaları həyata keçirən qüvvələrinin fəaliyyətini dayanadırır.

Trend-in məlumatına görə, bu barədə nazirliyin açıqlamasında bildirilib.

Qeyd olunub ki, qərar hazırkı mərhələni nəzərə alaraq "öz təşəbbüsü ilə" verilib və "BƏƏ-nin regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi öhdəliyinə uyğundur".

Müdafiə Nazirliyi vurğulayıb ki, "BƏƏ Silahlı Qüvvələri razılaşdırılmış rəsmi açıqlamalarda göstərilən tapşırıqları yerinə yetirdikdən sonra 2019-cu ildə Yəmən Respublikasındakı hərbi mövcudluğunu başa vurub və qalan mövcudluq beynəlxalq tərəfdaşlarla əlaqələndirilmiş şəkildə terrorizmə qarşı mübarizə çərçivəsində xüsusi qruplarla məhdudlaşdırılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti