...

ABŞ İran və Venesuelaya sanksiyalar tətbiq edib

Dünya xəbərləri Materials 30 Dekabr 2025 21:26 (UTC +04:00)
ABŞ İran və Venesuelaya sanksiyalar tətbiq edib

Bakı. Trend:

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) dron ticarəti ilə əlaqədar olaraq İran və Venesueladan olan 10 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında bildirilib.

"Bu gün OFAC Venesuela və İranda yerləşən və İranın Venesuela ilə dron ticarətinə töhfə verən 10 fərdi və hüquqi şəxs, o cümlədən Venesuela şirkətinlərinə qarşı sanksiyalar tətbiq edir", - deyə açıqlamada qeyd olunub.

Sanksiya siyahılarına İrandan beş fiziki şəxs və üç hüquqi şəxs, Venesueladan isə bir hüquqi şəxs daxildir. Xüsusilə, məhdudlaşdırıcı tədbirlər Venesuelanın Empresa Aeronáutica Nacional şirkətinə qarşı tətbiq olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti