...

COVID-19 əleyhinə peyvənd olunanların sayı məlum olub

Cəmiyyət Materials 11 Sentyabr 2023 17:14 (UTC +04:00)
COVID-19 əleyhinə peyvənd olunanların sayı məlum olub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda sentyabrn 4-dən 10-a qədər koronavirus (COVID-19) əleyhinə 91 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, həftə ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8, üç və daha çox doza vaksin vurduranların sayı 39, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 9 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 969 392, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 437, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 361, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 186, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 408 təşkil edir.

Qeyd edək ki, avqustun 28-dən sentyabrın 3-dək koronavirus (COVID-19) əleyhinə 374 vaksin vurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti