...

Bu il yeni doğulan körpələrin sayı məlum olub

Cəmiyyət Materials 13 Sentyabr 2023 17:46 (UTC +04:00)
Bu il yeni doğulan körpələrin sayı məlum olub
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda yeni doğulan körpələrin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, cari ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 64627 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,2-dən 11,0-a düşüb.

Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olmuşdur. Doğulan körpələrdən 1972-si əkiz, 93-ü üçəm, 4-ü isə dördəm olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti