...

Xaçmazda çökən körpünün sökülməsinə başlanıb

Cəmiyyət Materials 15 Sentyabr 2023 18:55 (UTC +04:00)
Xaçmazda çökən körpünün sökülməsinə başlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün səhər saatlarında intensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının uçurduğu Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qüdyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsünün sökülməsinə başlanılıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, hadisə baş verəndən dərhal sonra əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunaraq, ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb:

"Agentliyin rəhbərliyi və aidiyyəti qurumların əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində çökmüş körpüyə baxış keçirilib və yerində yeni avtomobil körpüsünün inşası qərara alınıb. Bununla əlaqədar olaraq əraziyə xüsusi texnikalar cəlb edilərək işlərə başlanılıb. Qısa müddət ərzində yeni körpünün inşasının həyata keçirilməsi nəzərdə tutulub".

Məlumatda deyilir ki, sürücülər müvəqqəti olaraq alternativ yol kimi Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən keçən yoldan istifadə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti