Bakı. Trend:
Sabirabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.
Qeyd edilib ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Keçirilən müvafiq tədbirlər nəticəsində 15 rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb.
Faktlarla bağlı Sabirabad RPŞ-də araşdırmalar davam etdirilir.