...

Koronavirusa yoluxma və ölüm halları sürətlə artır - Azərbaycanda vəziyyət necədir?

Cəmiyyət Materials 18 Sentyabr 2023 15:57 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) məlumatına görə son ay dünya üzrə yoluxanların sayı 38% artıb. Avropada yoluxma üzrə artım 39%, Sakit okeanın qərbində 52%, Aralıq dənizinin şərqində isə 113% təşkil edir. Hazırda ABŞ-da COVID-19-a yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. ABŞ-da gündə 650 mindən artıq amerikalıda COVID-19-a aşkarlanır və yaxın aylarda ölkə əhalisinin 10 faizə yaxının virusa yoluxacağı proqnozlaşdırılır. Ölüm halları avqustla müqayisədə 5% artıb.

Son həftə ərzində ABŞ-da COVID-19-a görə xəstəxanaya yerləşdirilənlərin sayı 8,7%, ölüm halları isə 4,5% artıb. ABŞ Federal Səhiyyə Təşkilatı amerikalıları COVID-19-a qarşı vaksin olunmağı tövsiyə edib.

Bəs Azərbaycanda vəziyyət necədir? Əhali virusun yeni ştammından necə qorunmalıdır? Yenidən vaksinasiyaya ola bilər?

Məsələ ilə bağlı Trend-in suallarını cavablayan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Vasif Əliyev bildirib ki, yeni ştammlar yüksək yoluxuculuğa malik olduğu üçün dünyada virusa yoluxma sayı sürətlə artır.

"Yeni yoluxma halları get-gedə daha da artır. Amma öldürücülük qabiliyyəti aşağıdır. Azərbaycanda bununla bağlı ciddi artım və ağırlıq səviyyəsi yoxdur. Ölkədə koronavirusun yeni ştammların olub-olmaması ilə bağlı hələ ki, rəsmi məlumat yoxdur. Qonşu ölkələrdə olduğu üçün bizdə də olma ehtimalı var. Təsdiq etmək üçün xəstəliklə bağlı şikayətləri olan insanlardan diaqnostik olaraq testlər götürlməlidir. Yenə də ehtiyyatlı olmaq lazımdır", - deyə o qeyd edib.

İnfeksionist bildirib ki, hazırda yenidən vaksinasiyaya gərək yoxdur.

"Mənim fikrimcə yenidən vaksinasiyaya hazırda ciddi ehtiyac yoxdur. Yoluxma sayında artım olarsa, profilaktik olaraq vaksinasiya ola bilər. Virusdan qorunma yolları eynidir. Əgər ehtiyac varsa, maskadan istifadə edilməli, şəxsi gigiyenaya riayyət edilməli və ara məsafə qorunmalıdır", - deyə V.Əliyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti