...

DİM-də bu vəzifələr üzrə vakansiyalar elan edildi

Cəmiyyət Materials 19 Sentyabr 2023 12:33 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzinin (DİM) Maliyyə şöbəsində şöbə müdiri, böyük məsləhətçi və aparıcı məsləhətçi (sosial məzuniyyət yeri) vəzifələri, İnformasiyalaşdırma və texnoloji təminat departamentində isə məsləhətçi vəzifəsi üzrə vakansiyalar elan edilib.

DİM-dən Trend-ə bildirilib ki, hər bir vəzifə üzrə qulluq funksiyaları, vəzifənin tutulma şərtləri və digər tələblər DİM-in saytının “Vakansiya” bölməsində yerləşdirilib.

Namizədlər müvafiq bölmədə tələblərlə tanış olub öz müraciət formasını mövzu bölməsində iddia etdiyi vəzifənin adını qeyd etməklə 30 sentyabr 2023-cü il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Xəbər lenti

Xəbər lenti