...

Salyanda küçədə tapılan körpənin vəziyyəti açıqlandı (FOTO)

Cəmiyyət Materials 21 Sentyabr 2023 10:28 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bir müddət əvvəl kanal kənarına atılan və tapılaraq TƏBİB-in tabeliyindəki Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yenidoğulmuş qız uşağı sağlamlığına qovuşub.

Trend xəbər verir ki, bu barədə xəstəxana məlumat yayıb.

Qeyd olunub ki, tibb müəssisəsinin Pediatriya şöbəsində ona xüsusi diqqət, qayğı göstərilib və körpənin zəruri tibbi xidmətlərlə təmin olunması həyata keçirilib.

Xatırladaq ki, sentyabrın 12-də səhər saat 5 radələrində Salyan Rayon Polis Şöbəsinə rayonun Qarabağlı kəndi ərazisində yeni doğulmuş körpənin yol kənarına atılması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və körpə Salyan rayon təcili yardım tibb personalına təhvil verilib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalara başlanılıb.

Xəbər lenti

Xəbər lenti