...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nın 78-ci Baş Assambleyası çərcivəsində 26-cı Ali Səviyyəli toplantısını keçirib (FOTO)

Cəmiyyət Materials 25 Sentyabr 2023 15:47 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nın 78-ci Baş Assambleyası çərcivəsində 26-cı Ali Səviyyəli toplantısını keçirib.

BMT-nın Baş Assambleyasının 78-ci sessiyası çərcivəsində “Gələcəyin Formalaşdırılması; Multilateralizmin Yenidən İşə Salınması” mövzusundakı Ali Səviyyəli Toplantısında dünyanın 40 ölkəsindən 30-dan çox sabiq ölkə və hökumət başçıları, 10dan çox sabiq Xarici İşlər nazirləri, 20-dən çox beynəlxalq təşkilatların rəhbərləri qatılıb.

Bu toplantı BMT Baş Assambleyası çərcivəsində sabiq liderlərin qatıldığı ən böyük toplantı sayılır.

Toplantı çərcivəsində Albaniya Prezidenti cənab Bayram Beqay, Şərqi Timor Prezidenti cənab Xose Ramos Horta, Monteneqronun Baş naziri cənab Dritan Abazoviç, Şimali Makedoniya Prezidenti cənab Stevo Pendarovski, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru Dr. Tedros Adanom Qebreyesus, BMT Baş Assambleyasının cari Prezidenti Denis Fransiz, Beynəlxalq Valyuta Fondunun İcracı Direktorü xanım Kristalina Qeyorgeva, BMT Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Migel Angel Moratinos, BMT-nin Qadınlar Təşkilatının icraçı direktoru Sima Bahos, BMT-nın İnkişaf Proqramının Administratoru cənab Açim Stayner, BMT HİV-AİDS programının icracı direktoru xanım Vinnie Byanyima, “Google” şirkətinin Vitse-Prezidenti Deyvid Qraff müxtəlif panellərdə çıxış ediblər.

Qeyd edəkki, Mərkəzin üzvləri BMT Baş Assambleyasının 75-ci Prezidenti Volkan Bozkır, 73-cü Prezidenti Mariya Fernanda Espinosa, 67-ci Prezidenti Vuk Yeremiç, 77-ci Prezidenti Ksaba Korosi ilə yanaşı sabiq Prezidentlər Vaira Vike-Freiberga, Egils Levits, Boris Tadiç, Rosen Plevneliyev, Borut Pahor, Tarja Halonen, İvo Yosipoviç, sabiq Baş nazirlər Gordon Broun, Binəli Yıldırım, Verner Faymann, Stefan Lohfe, Zlatko Lagumdzija, George Papandreou, Yan Fişer sabiq Xarici İşlər nazirləri Amre Moussa, Tzipi Livni, Hikmet Çetin, Ana Palacio və digələridə qatılıb.

Ali səviyyəli toplantının müzakirə mövzuları arasında Multilateralizm və İqlim Dəyişikliyi, Rusiya-Ukrayna müharibəsi, BMT Agentlikləri və G20, Qadınların Sülh və Təhlükəsizlikdəki Rolu, Qlobal Əməkdaşlıq, Süni İntellekt yer alıb.

Xəbər lenti

Xəbər lenti