...

Bu subyektlərə maliyyə sanksiyası tətbiq ediləcək

Cəmiyyət Materials 28 Sentyabr 2023 12:39 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:
Azərbaycanda qəbul edilməsi gözlənilən Rəqabət Məcəlləsində təbii inhisar subyektləri üçün xüsusi maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulur.

Trend xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Rəqabət Məcəlləsinin müzakirəsi zaman deyib.

Onun sözlərinə görə, maliyyə sanksiyalarından azadolmalar və güzəştlər, eləcə də, maliyyə sanksiyalarını yüngülləşdirən və ağırlaşdıran amillər müəyyənləşəcək.

Həmçinin, maliyyə sanksiyalarının dövlət büdcəsinə ödənilməsi təmin ediləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Rəqabət Məcəlləsinin layihəsi sentyabrın 7-də Milli Məclisə daxil olub. Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 84 maddədən ibarətdir.
Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.

Xəbər lenti

Xəbər lenti