...

Payız semestrində təhsil krediti almaq üçün müraciət edənlərin sayı açıqlandı

Cəmiyyət Materials 1 Oktyabr 2023 03:23 (UTC +04:00)
Payız semestrində təhsil krediti almaq üçün müraciət edənlərin sayı açıqlandı

Bakı. Trend:

Cari tədris ilinin payız semestrində təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan Trend-ə bildirilib ki, payız sessiyası ərzində 7004 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 1096 nəfərin müraciəti natamam olub, 602 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 632 nəfərin müraciətinə imtina cavabı verilib, 238 nəfərin müraciəti isə banka yönləndirilib.

Payız sessiyası üzrə 4436 nəfərə TTK verilib. Onların arasından 1487 nəfərin müraciəti sosial TTK, 2949 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Xəbər lenti

Xəbər lenti