Bakı. Trend:
Azərbaycan dövlətinə “Məskunlaşma Günü” ilə bağlı tədbirə ev sahibliyi etdiyi üçün təşəkkür edirəm.
Trend xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Maimunah Mohd Şərif “Məskunlaşma Günü” ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.
“Əsas məqsədimiz hər kəs üçün məskunlaşma yeri yaradılmasıdır. Bu sahədə şəhər iqtisadiyyatınln dayanaqlı olması əsasdır. Mən səmimi demək istəyirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdaram ki, “Dünya Məskunlaşma günü”nə ev sahibliyi etməsinə qərar verdi. Azərbaycanın post-münaqişə dövründəki tikinti-bərpa işləri məni çox təsirləndirdi”, - deyə o əlavə edib.
Xatırladaq ki, bu gün “Şəhərsalma Həftəsi 2023” çərçivəsində təşkil olunan "Ümumdünya Məskunlaşma Günü" Forumu keçirilir.
Forumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Azərbaycan və xarici dövlətlərdən olan digər nümayəndə heyəti, dövlət rəsmiləri və media mənsubları iştirak edir.
Müxtəlif mövzuların müzakirə edildiyi Forumun məqsədi dayanıqlı şəhər inkişafı üçün bilik mübadiləsini, siyasətin formalaşdırılmasını, ictimaiyyətin cəlb edilməsini, bacarıqların artırılmasını, əməkdaşlığı və icra strategiyalarını təşviq etmək olub.
Dünyaca məşhur nüfuzlu beynəlxalq ekspertlər və dövlət rəsmiləri "Dayanıqlı şəhər iqtisadiyyatı. Şəhərlər inkişafın və bərpanın aparıcı qüvvəsi kimi” mövzusu ilə hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatının təşviqi və dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsini aparırlar.